EN

Qəzzada ölənlərin sayı 60 mini ötüb

Bakı, TurkicWorld

Qəzza zolağında 2023-cü ilin oktyabrın 7-dən bəri davam edən İsrail hücumlarında həyatını itirən fələstinlilərin sayı 60 min 34 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İsrail ordusunun hava və quru hücumları nəticəsində 113 nəfər ölüb, 637 nəfər isə yaralanıb.

Məlumata əsasən, yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bəri həyata keçirdiyi hücumlar zamanı 8 min 867 fələstinli həyatını itirib, 33 min 829 nəfər isə yaralanıb.

Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu günə qədər Qəzzada 60 min 34 nəfər ölüb, 145 min 870 nəfər yaralanıb. Səhiyyə mənbələri, həmçinin minlərlə cəsədin dağıntılar altında qaldığını və hələ də çıxarılmadığını bildirir.

Digər tərəfdən, mayın 27-dən bu yana Qəzzaya humanitar yardım məqsədilə yaradılmış paylama məntəqələrinə edilən hücumlarda 1179 fələstinli ölüb, 7957 nəfər isə yaralanıb. Bu hücumların böyük əksəriyyətində mülki əhali hədəfə alınıb

Chosen
5
turkic.world

1Sources