EN

“Travel Tomorrow”: Azərbaycan mətbəxi – ənənəvi yeməklərin zəngin çeşidi

Avropa İttifaqının (Aİ) məşhur turizm nəşri “Travel Tomorrow” Azərbaycan milli mətbəxi haqqında reportaj hazırlayıb.

"Report" xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Muxtar Respublikasına səfərindən təəssüratlarını bölüşür, yerli yeməklərə və kənd təsərrüfatı məhsullarına xüsusi diqqət yetirib.

Məqalədə qeyd olunub ki, Azərbaycan mətbəxi təzə yerli məhsullardan hazırlanmış ənənəvi yeməklərin zəngin çeşidini təqdim edir.

Müəllif xüsusilə ənənəvi dolmanı, eyni zamanda albalı, pomidor, qırmızı soğan və reyhan qarışığından hazırlanan "Albalı" salatını, sərinləşdirici ayran içkisini, Ordubad qayğanağını, həmçinin mürəbbə ilə çayı qeyd edib.

Bildirilib ki, Azərbaycanın unikal çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Chosen
22
report.az

1Sources