EN

Fələstinli fəal qətlə yetirildi

İsrailin nəzarətində olan Məsafer Yatta adlı ərazidə İsrailli məskunlaşmış şəxs fələstinli fəal və müəllim Odeh Məhəmməd Hadalini güllələyərək öldürüb. Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Fələstin Təhsil Nazirliyi və sənədli filmin müəllifləri hadisəni təsdiqləyiblər. Hadalinin ölümü bölgədə gərginliyi artırıb. İsrail polisi və hərbi qüvvələri hadisə ilə bağlı araşdırma aparır.Qeyd edək ki, Hadalin “No Other Land” adlı Oscar mükafatlı sənədli filmin çəkilişlərində fəal iştirak edib.


Chosen
14
metbuat.az

1Sources