EN

Peskov üç ölkəni “Rusiyanın müttəfiqləri” adlandırdı

BAKI, 29 iyul. TELEQRAF

“Moskva Çin, İran və Şimali Koreyanı müttəfiq hesab edir və onların dünya nizamının əsaslarına dair baxışları ilə razılaşır”.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransı zamanı deyib .

“Onlar bizim müttəfiqlərimiz və tərəfdaşlarımızdır”, - Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, Çin, İran, Şimali Koreya və Rusiya dünya nizamının əsaslarına dair baxışları böyük ölçüdə bölüşürlər.

Chosen
15
2
teleqraf.com

3Sources