Azərbaycanda bank olmayan kredit təşkilatları 2024-cü ildə 993.3 mln. manatlıq aktivlərdən 157.1 mln. manatlıq xalis mənfəət əldə ediblər. Ölkədəki 51 lisenziyalı BOKT-lərdən 44-ü xalis mənfəət əldə edib.
Banker.az bu da dəfə bu sektorun iştirakçıların hər biri üzrə 2024-cü ildəki aktivlərin mənfəətliliyi əmsalına (ROA – Return on Assets) görə renkinqini araşdırıb. Ümumi sector üzrə RoA əmsalı 15.85% təşkil edir.
BOKT-lər arasında “Azpul” açıq fərqlə lider mövqedə qərarlaşıb. Şirkətin RoA göstəricisi 76.2% təşkil edib ki, bu da sektorda nadir rast gəlinən yüksək mənfəətliliyin göstəricisidir.
İkinci pillədə “SF Azerbaijan” BOKT MMC (manato.az) qərarlaşıb – 46.24% RoA ilə. Üçüncü yerdə isə “Azkredit” var – 35.89%. İlk beşlikdə daha iki şirkət – “Aset Maliyyə Texnologiyaları” və “MJ Financial Services” də yer alıb.
Qeyd edək ki, RoA (aktivlərin mənfəətliliyi) BOKT-lərin aktivlərdən nə qədər səmərəli gəlir əldə etdiyini göstərir.