EN

"Bayern"in futbolçusu İsveçrə klubunda - RƏSMİ

"Bayern Münhen"in yarımmüdafiəçisi Lovro Zvonarek karyerasını İsveçrə çempionatında davam etdirəcək.

Fanat.Az Almaniya nəhənginin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında "Qrashopper"in formasını geyinəcək.

İcarə müqaviləsi gələn ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Zvonarek "Bayern"ə 2022-ci ilin yayında Xorvatiyanın "Slaven Belupo" klubundan transfer olunub. Münhet təmsilçisinin ikinci komandasında 39 matça çıxan orta xətt oyunçusu 12 qol vurub. O, əsas komandada 2024-cü ilin yanvarında debüt edib.

Nihat

Chosen
27
1
fanat.az

2Sources