EN

İran: Zəngəzur dəhlizində narahatlığa ehtiyac yoxdur

İran prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizi məsələsinə münasibət bildirərək, bu mövzuda narahatlığa ehtiyac olmadığını vurğulayıb. 

News24.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə danışan Pezeşkian, Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıraraq, bu kimi təfərrüatların regionla əməkdaşlığa mane olmamalı olduğunu bildirib.

Pezeşkian qeyd edib ki, İran qonşu və region ölkələri ilə münasibətləri geniş perspektivdən nəzərdən keçirməli, sərhəd maneələrinin aradan qaldırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üzərində dayanmalıdır. 

Prezident əlavə edib ki, bu məsələlərdə həssaslığın azaldılması və konstruktiv dialoqun təşviqi ölkənin xarici siyasətində prioritet olmalıdır.

Xeyrənsə Piriyeva

Chosen
12
news24.az

1Sources