EN

Paris Qəzzaya yardım göndərəcək

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu barədə Fransa hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi "The Times of Israel" xəbər saytına məlumat verib. O bildirib ki, yardım Qəzza zolağında mülki əhalinin vacib və təcili ehtiyaclarını ödəmək məqsədi daşıyır. "Eyni zamanda, İsraili quru keçid məntəqələrini dərhal açmağa çağırırıq", - o deyib. İspaniya və Britaniya da Qəzza havadan yardım göndərəcəklərini diqqətə çatdırıb. Digər tərəfdən, "The Telegraph" qəzetinin məlumatına əsasən, Britaniyanın Baş naziri Kir Starmer Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işləyir.

HƏMAS terrorçuları humanitar yardımı yağmalayırlar | VİDEO

"O, Qəzza zolağında atəşkəsi daimi sülhə çevirmək naminə ABŞ-ni və digər müttəfiqləri addımlar atmağa çağıracaq. Kir Starmerin planında həmçinin Qəzzaya böyük humanitar yardımın çatdırılmasının da nəzərdə tutulur", – qəzet yazır. Qəzza sakinləri üçün bu cür beynəlxalq səylərin artmasına baxmayaraq, İsrail Ordusu yaydığı video ilə bildirir ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının yaraqlıları Qəzza zolağının sakinləri üçün göndərilən humanitar yardımları ələ keçirirlər. "Hərçənd HƏMAS yalan iddia irəli sürüb ki, videodakı şəxslər təhlükəsizlik işçiləridir, amma açıq-aydın görünür: onlar sakinlərin yardım payını qamarlayan terrorçulardır. HƏMAS əhalinin ehtiyaclarına məhəl qoymur. Bu video aydın sübutdur ki, Qəzzaya humanitar yardımın çatdırılmasında əsas maneə məhz HƏMAS-dır", - məlumatda vurğulanır. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
azvision.az

1Sources