Şimali Koreya ABŞ-ın keçmiş danışıqlarla bağlı qiymətləndirmələrinə reaksiya verərək, ölkənin “nüvə silahı” statusunun inkarının heç bir halda qəbuledilməz olacağını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, lider Kim Çen Inın bacısı Kim Yo Conq Vaşinqtonun ABŞ prezidenti Donald Trampın prezidentliyi dövründə Koreya yarımadasında sabitlik bərqərar etdiyi və Pxenyan hökumətinin hələ də ABŞ ilə dialoqa açıq olduğu barədə bəyanatlarına reaksiya verib.
Kim Çen In və Trampın görüşündən sonra ölkənin geosiyasi mühitinin köklü şəkildə dəyişdiyini qeyd edən Kim, bu cür “birtərəfli qiymətləndirmələrə” heç bir məna vermədiklərini qeyd edib.
Kim nüvə silahına malik iki ölkənin qarşıdurma istiqamətində getməsinin heç bir tərəf üçün faydalı olmayacağını vurğulayaraq, "Bu statusu inkar etmək cəhdi qəti şəkildə rədd ediləcək" deyib.
O, Kim Çen In və Trampın şəxsi münasibətlərinin pis olmadığını qeyd edib, lakin bu münasibəti nüvəsizləşdirmə məqsədinə xidmət kimi şərh etməyin qarşı tərəfi "ələ salınması" olacağını müdafiə edib. Lider Kim bəyan edib ki, əgər ABŞ nüvə reallığını qəbul etməsə, potensial sammit sadəcə “ABŞ-ın ümidi” olaraq qalacaq.
Məryəm Quliyeva