EN

"Qarabağ" - "Şelburn" matçına satılan bilet sayı açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Şelburn" matçına 19.500 bilet satılıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" oyunu iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Chosen
18
3
operativmedia.az

4Sources