İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində fələstinlilər arasında ölənlərin sayı 60 mini keçib.
Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında verib.
Departamentin hesabatında deyilir: "2023-cü il oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının ümumi sayı 60 034 ölü və 145 870 yaralıya çatıb".
Bu arada isə İsrail HƏMAS silahı yerə qoyub təslim olana kimi müharibəni davam etdirəcəyini bəyan edib.
Əziz Mustafa