EN

Sevgilinin şəklinə baxmaqla ağrı azalır – Yeni araşdırma heyrətləndirdi

Sevdiyiniz insanın təkcə varlığı yox, fotosu belə ağrınızı azalda bilər.

Yenisabah.az xəbər verir ki, Almaniyanın Witten/Herdecke Universitetində aparılan yeni araşdırmaya görə, sevgilinin şəklinə baxmaq insanın ağrı hissini azaldır. Alimlər 48 nəfərlə keçirdikləri təcrübədə bu qənaətə gəliblər ki, insanlar sevdikləri şəxsin fotosunu izləyərkən bədənlərində ağrıya daha az reaksiya göstərirlər.

Maraqlıdır ki, bu təsir yalnız fiziki toxunuş zamanı deyil, sadəcə şəkilə baxmaqla da yaranır. Mütəxəssislər bu halı beynin sevgi, bağlılıq və təhlükəsizlik hissi ilə əlaqələndirirlər. pizza mizza

Tədqiqatçılar qeyd edir ki, duyğusal bağların fiziki sağlamlığa təsiri düşündüyümüzdən daha güclüdür.

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
2
1
yenisabah.az

2Sources