EN

İlkin Fikrətoğlu “Sabah”da kimi bəyəndi?

“Sabah” üçün “Petrokub”a uduzmaq faciə olacaqdı.

Azərbayacn Kubokunun hazırki sahibi Moldova təmsilçisini hər cəhətdən üstələyir: heyət, büdcə, məşqçi korpusu.

Düzdür, “Petrokub” ilk hissədə “Sabah”a əl-qol acmağa imkan vermədi. Yalnız hissənin sonlarında komandamız bir necə təhlükəli vəziyyət yarada bildi.

İkinci hissənin ortalarından başlayaraq isə Valdas Dambrauskasın “ordu”su rəqibin ərazisində daha tez-tez görünməyə başladı.

Son dəqiqələrdə gələn qollarda Pavol Şafrankonun ustalığına, sadəcə, bravo!

Başla topu müdafiəçinin üzərndın atıb, sonra iri çıxan qapıpını cəzalandırmaq - əla idi.

İkinci qolda da “Petrokub”un qapıçısının səhvindən Kahim Parris dərhal istifadə etdi. Belə oyunların taleyini zatən səhvlər həll edir.

Bu qələbə ilə “Sabah” Konfrans Liqasında növbəti raunda vəsiqəni, demək olar ki, təmin egdi.

Orada isə onlar “Braqa” – “Levski Sofiya” duelinin məğlub tərəfiylə görüşəcək.

Ümid edək ki, bu, “Levski Sofiya” olacaq.

Təki Azərbaycan futbolunun Avropada belə uğur dolu günləri çox olsun!

İlkin Fikrətoğlu

Chosen
6
sportinfo.az

1Sources