Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Ukraynada atəşkəs üçün Rusiyaya verdiyi “50 günlük” müddəti qısaldacağına dair bəyanatını nəzərə aldıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Trampın Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə razılıq əldə etmək üçün verdiyi "50 günlük" müddəti "10 və ya 12 günə" qısaldacağı ilə bağlı açıqlamasını şərh edən Peskov: "Trampın bəyanatını qeyd etmişik. Xüsusi hərbi əməliyyat Ukraynada davam edir. Biz Ukrayna məsələsinin sülh yolu ilə həllinə və Ukraynanın maraqlarının yenidən həlli prosesinə sadiq qalırıq" dedi.
Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin nə yaxşı, nə də pis olduğunu vurğulayaraq: "Daha güclü dinamizm görmək istəyirik və bunu dəstəkləyirik. Bu prosesin irəliləməsi üçün hər iki tərəfin təkan verməsi lazımdır. Ümid edirik ki, proses sürət qazanacaq".
Peskov ABŞ-la Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) müddətinin uzadılması ilə bağlı qarşılıqlı əlaqədə olmadıqlarını qeyd edərək, ikitərəfli münasibətlərdəki vəziyyətin buna mane olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az