EN

Kredit kartı faizləri ENDİRİLDİ

Türkiyə Mərkəzi Bankı kredit kartları üzrə faiz dərəcələrini yeniləyib. Yeni qərara əsasən, 1 avqustdan qüvvəyə minəcək dəyişikliklərə görə 1.500 manata qədər borcu olanlar üçün faiz 3,5% olaraq qalıb. 

News24.az xəbər verir ki, 1.500–9.000 manat arası borcu olanlarda faiz 4,25%-dən 4,0%-ə, 9.000 manatdan yuxarı borcu olan fiziki şəxslər və bütün korporativ kartlar üzrə isə 4,75%-dən 4,5%-ə endirilib.

Nağd avanslar və overdraft hesabları üzrə faiz də 5,0%-dən 4,75%-ə salınıb. Banklar artıq müştərilərinə bu dəyişikliklərlə bağlı SMS bildirişləri göndərməyə başlayıblar.

Xeyrənsə Piriyeva

Chosen
15
1
news24.az

2Sources