EN

PFL Quba stadionuna baxış keçirdi, müsbət rəy verdi - Açıqlama

style='margin-bottom:10px;'>

Peşəkar Futbol Liqası "İmişli" klubunun müraciəti əsasında Quba Olimpiya Kompleksinin meydançasına baxış keçirib.

Bu barədə QOL.az saytına açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” klubu ev matçlarını müvəqqəti olaraq sözügedən arenada oynamaq üçün PFL-ə müraciət ünvanlayıb. S.Abdullayevin sözlərinə görə, stadionun meydançasına baxış zamanı müsbət məqamların olduğu aydınlaşıb: “İmişli” klubunun müraciəti əsasında Quba Olimpiya Kompleksinin meydançasına baxış keçirilib. Sevindirici haldır ki, baxış nəticəsində xeyli müsbət məqamlar olduğu üzə çıxıb. Stadionun 3 tərəfində tribuna var və yarışların keçirilməsi üçün uyğundur. Stadionun ot ortüyü təbiidir və yaxşı vəziyyətdədir. Sulama sistemi də standartlara uyğundur".

O, buna baxmayaraq, arenada bəzi işlərin aparılmasına ehtiyac olduğunu vurulayıb: "Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidir. Paltardəyişmə və hakimlər otaqlarının vəziyyəti normaldır. Buna baxmayaraq, müəyyən işlər görülməsinə ehtiyac var".

O qeyd edib ki, arenadakı çatışmazlıqlarla bağlı bütün detallar "İmişli"yə göndərilib və yekun qərar klubdan asılı olacaq: "Bütün çatışmazlıqlar PFL tərəfindən detallı şəkildə kluba göndərilib. “İmişli”nin ev oyunlarını həmin stadionda keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılı olacaq”.

Chosen
28
3
teleqraf.com

4Sources