Maraqlıdı, “qırmızı-ağlar” niyə Yunanıstana çarter reysi ilə uçmayıb?
Səbəbini klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovdan soruşduq:
“Klubun daxili məsələsidi. Çarter reysi müntəzəm reysdən üç-dörd dəfə baha başa gəlir. Klub da öz büdcəsinə uyğun qərar verir, addım atır. Komanda yol yorğunluğunu nəzərə alaraq, iki gün əvvəl yola çıxıb. Normalda bir gün əvvəl uçuş həyata keçirilirsə, biz iki gün əvvəl gəlmişik. Komanda Salonikidədi, dincəlir, axşam məşqi var”.
MÜZƏFFƏR QULUZADƏ