EN

Bu heyvanlar şizofreniyanı müalicə edə bilərlər: Alimlərdən inqilabi addım

Fransız tədqiqatçılar lamalardan əldə edilən xüsusi antikorlardan istifadə edərək şizofreniyanın müalicəsi üçün yeni və ümidverici üsul hazırlayıblar.

Publika.az xəbər verir ki, tədqiqatçılar immun sisteminə məxsus xüsusi zülal fraqmentləri olan “nanobadi”lərdən istifadə edərək beyində sinir ötürülməsini tənzimləyən neyrotransmitterləri hədəf alıblar.

Bu kiçik molekul birbaşa beyin hüceyrələrinə çata bilib. Siçanlar üzərində aparılan təcrübələr zamanı molekulun bir dəfə vurulmasından sonra koqnitiv funksiyalar yaxşılaşıb və bu təsir bir həftə davam edib.

Tədqiqatın aparıldığı Funksional Genomika İnstitutu bu işin zamanla təkcə şizofreniya deyil, digər nevroloji xəstəliklər üçün də yeni müalicə üsullarına yol aça biləcəyini açıqlayıb.

Chosen
17
publika.az

1Sources