"ABŞ Komandor adalarını Rusiya Federasiyasından 15 milyard dollar qarşılığında satın alsın. Məqsəd — Çin sualtı qayıqlarının Şimal Buzlu okeanına mümkün nüfuzunun monitorinqini həyata keçirməkdir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ Quru Qoşunlarının podpolkovniki Ceffri Frits deyib.
Onun fikrincə, bu cür razılaşma ABŞ-nin təhlükəsizliyini gücləndirəcək və Arktikada Amerikanın liderliyini təsdiqləyəcək.
Frits, əlavə edib ki, bir zamanlar Alyaskanın alınması da mənasız sayılırdı, halbuki bu gün Alyaska ABŞ-nin enerji və müdafiə strategiyasının əsas elementi sayılır.