EN

İtaliya Aİ ABŞ ticarət razılaşmasını yumruq adlandırır

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı ilə ABŞ arasında tətbiq edilən 15 faiz həcmində birtərəfli tariflər İtaliya sənayeçilərinin ciddi narahatlığına səbəb olub.

Doğru.az xəbər verir ki, Confindustria sənayeçilər dərnəyinin prezidenti Emanuele Orsini “La Repubblica”ya açıqlamasında bu qərarı sərt şəkildə tənqid edib. O bildirib ki, Avropa bu razılaşma ilə ABŞ tərəfindən “üzünə şillə vurulmuş” kimi oldu.

Orsini əlavə edib ki, “sıfırdan yuxarı olan istənilən tariflər ölkə üçün ciddi təhlükə yaradır” və bu qərar avronun dollar qarşısında devalvasiyası fonunda daha da ağır nəticələr doğura bilər.

“Əgər bütün ölkələr eyni şərtlərdə, eyni tariflərlə fəaliyyət göstərsəydi, o zaman İtaliya istehsalı olan məhsullar 15 faizlik tariflə belə rəqabətə davam gətirə bilərdi”, – deyə o vurğulayıb.

Sənayeçilər assosiasiyasının rəhbəri həmçinin xəbərdarlıq edib ki, yaranmış vəziyyət İtaliyanın ixracını 22,6 milyard avro azalda bilər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
dogru.az

2Sources