EN

Millinin baş məşqçisi təkzib etdi: "O kluba nə aidiyyatım var?"

"Mənim "Quba" komandası ilə heç bir əlaqəm yoxdur"

Bunu Fanat.Az-a açıqlamasında adı 2-ci Liqa təmsilçisi "Quba" ilə yanaşı çəkilən Aqil Nəbiyev deyib. 

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının çalışdırıcısı bölgə təmsilçisinə heyət formalaşdırmaqda kömək göstərməsi barədə xəbəri təkzib edib: "Mən millinin baş məşqçisiyəm, özümün işim-gücüm var. O kluba nə aidiyyatım ola bilər? Yanlış məlumatdır".

Xatırladaq ki, "Quba" ötən mövsüm 2-ci Liqada 4-cü yeri tutaraq 1-ci Liqaya yüksəlmək uğrunda pley-off matçında oynamaq hüququ qazanmışdı. 1-ci Liqada 9-cu olan "Difai" ilə üz-üzə gələn kollektiv 1:3 hesabı ilə uduzaraq 2-ci Liqada qalmışdı.

Mirağa

Chosen
10
fanat.az

1Sources