EN

Eto’O 16 il əvvəli xatırladı: İbrahimoviçə “ilişdi”

Joze Mourinyonun “İnter”dəki ilk mövsümü uğurlu oldu: Skudetto və İtaliya Superkubokunu qazandı.

Amma azarkeşlər Çempionlar Liqasında qələbəni gözləyirdilər. “Neradzzurra”nın heyəti möhkəm idi, Zlatan İbrahimoviç hücumda oynayırdı və xeyli qol vururdu. Amma o, 2009-cu ilin yayında “Barselona”ya keçməyə qərar verdi.

İbrahimoviçi Pep Qvardiolaya çox lazım olmayan Samuel Eto’Onu əvəzlədi və o, “trebl”in əsas memarlarından birinə çevrildi. Eto’O bütün yarışlarda 16+8 nəticə göstərdi.

Publika.az xəbər verir ki, Samuel “İnstaqram”da “İnter”ə keçidini xatırlayıb. Forvard paylaşımına “16 il keçdi” şərhini yazıb.

Chosen
6
publika.az

1Sources