EN

Hesablama Palatası dövlət satınalmalarında ciddi pozuntular aşkar etdi

Hesablama Palatası “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl olunmaması, ilkin satınalma planlarının hazırlanıb təsdiq edilməməsi və ya dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməməsi kimi nöqsanlar müəyyən edib.

Operativ Media xəbər verir ki, bu barədə palatanın maliyyə hesabatında məlumat verilib.

Eyni zamanda tender komissiyalarının fəaliyyətində şəffaflıq və hesabatlılıq prinsiplərinə zidd nöqsanlara yol verildiyi, rəqabət mühitinin zəiflədiyi vurğulanıb.

Satınalmalarda tələbatın düzgün formalaşdırılmaması səbəbindən bəzi müqavilələrin ya ümumiyyətlə icra olunmadığı, ya da icra səviyyəsinin aşağı olduğu bildirilib.

Bundan əlavə, nəqliyyat vasitələrinin say həddi, yanacaq norması və beynəlxalq tədbirlərdə yemək, hədiyyə və iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə əməl olunmaması nəticəsində artıq xərclərə yol verildiyini müşahidə olunub.

Palatanın hesabatında fəaliyyətin təmin olunması üçün tələb olunan vəsaitin miqdarı və istiqaməti düzgün proqnozlaşdırılmayıb. Bu isə icra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatının dəyişdirilməsinə gətirib çıxarıb.

Audit nəticəsində aşkara çıxarılıb ki, bəzi qurumların funksional fəaliyyətinə aid olmayan sahələrə vəsait sərf olunub və ya funksiyaların başqa qurumlara ötürülməsi ilə əlavə tələbat formalaşdırılıb. Bu da dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi kimi qiymətləndirilib.

Dövlət investisiyalarının idarə edilməsi zamanı isə qiymətqoymanın resurs metodu tətbiq edilərkən normativ hüquqi aktlarla müəyyən edilmiş normaların düzgün tətbiq olunmaması halları aşkarlanıb.

Tikintisi başa çatmış obyektlərin istismara qəbulunun ləngiməsi səbəbindən mühasibat uçotunda aktivlərin dəyərinin düzgün təsnifləşdirilmədiyi müəyyən edilib.

Chosen
8
1
operativmedia.az

2Sources