EN

"Əl Nəsr" Feliks transferini açıqlayıb

Portuqaliyalı hücumçu Joao Feliks "Çelsi"dən "Əl Nəsr"ə keçib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu komanda ilə birlikdə azarkeşləri sevindirmək, qələbələr qazanmaq istədiyini bildirib.

Mətbuatın yazdığına görə, ilkin transfer qiyməti 30 milyon avro olsa da, bonuslar da nəzərə alınsa, məbləğ 50 milyon avroya qədər yüksələ bilər.

Feliks "Çelsi"yə 2024-cü ilin yayında "Atletiko"dan keçib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib.

"Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Chosen
43
operativmedia.az

1Sources