EN

Türkiyə “Tayfun Blok 4” yeni nəsil ballistik raketini təqdim edib

Türkiyənin “Roketsan” korporasiyası yeni nəsil “Tayfun Blok 4” ballistik raketini təqdim edib.

Bakues.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin İnkişafı Vəqfinin rəsmi internet səhifəsində açıqlama verilib.

Bildirilib ki, texnologiyanın ən son yeniliklərinə əsaslanan “Tayfun Blok 4”ün istehsalı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə əlavə dəstək, habelə, ölkənin müdafiə qabiliyyətini gücləndirmək xarakteri daşıyır.

Təqdimat ilk dəfə İstanbulda keçirilən “IDEF-2025” müdafiə sənayesi sərgisində reallaşıb, bu gün isə sözügedən raketin istehsalının uğurla başa çatdırıldığı barədə xəbər ictimailəşdirilib.

Chosen
9
6
icma.az

7Sources