EN

Təqaüd artımları 160 mindən çox tələbəni əhatə edəcək

Azərbaycan Prezidentinin tələbə təqüdləri ilə bağlı imzaladığı müvafiq Sərəncam və Fərmanı 160 mindən çox tələbəni əhatə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək:

"Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəni əhatə edəcək".

Chosen
41
25
publika.az

10Sources