EN

Dənizdə boğulan uşağı xilas edərkən dünyasını dəyişən POLİS ƏMƏKDAŞI İMİŞ - FOTO

Ötən gün dənizdə boğulan iki nəfərdən birinin mühafizə polisi olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə dünən Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində baş verib. Belə ki, iki nəfər suda batıb.

Onlar - İmişli rayon sakini, 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarovdur.

R.Cabbarov mühafizə polisində çalışırmış. O, səkkiz yaşlı uşağın boğulduğunu görüb, onu xilas etməyə çalışıb. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.

Onların meyiti sudan çıxarılıb. Ölüm faktları ilə bağlı araşdırmalar aparılır. (Oxu.az)


Bizim.Media

Chosen
14
1
bizim.media

10Sources