"ABŞ bölgəmizdəki prosesləri ciddi şəkildə izləyir".
Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında Ermənistanın ABŞ-dən əvvəlki kimi dəstək ala bilmədiyini bildirib.
Onun sözlərinə görə, Ermənistan bir vaxtlar, xüsusilə də Bayden administrasiyası dövründə ABŞ ilə birlikdə Azərbaycana qarşı müəyyən məkirli planlar qurmağa çalışırdı.
“Hazırda isə həmin dəstək görünmür. Əksinə, bu gün Azərbaycan ilə ABŞ arasında əlaqələr daha da yaxşı səviyyədədir,” – deyə deputat qeyd edib.
O bildirib ki, son günlərdə ABŞ Konqresində bəzi konqresmenlərin fəallığı artsa da, ABŞ regionda baş verən hadisələri diqqətlə izləyir və proseslərə müdaxilə ehtimalı yüksək olaraq qalır.
“ABŞ Ukraynada baş verənlərdən ciddi nəticələr çıxarıb və düşünmürəm ki, onlar bu bölgəni hansısa bir dövlətin təsir dairəsinə versinlər və orada möhkəmlənməsinə imkan yaratsınlar,” – deyə Ceyhun Məmmədov fikirlərini tamamlayıb.