Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı Yeşim Əryılmaz “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” tərəfindən fəxri diploma layiq görülüb.
İnterpress.az xəbər verir ki, Yeşim Əryılmaz çalışdığı televiziya kanallarında Azərbaycan həqiqətlərinin geniş şəkildə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə bu mükafata layiq bilinib.