EN

"Şəfa"nın ev oyunlarını harada keçirəcəyi bilindi

Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "Şəfa"nın ev oyunlarını harada keçirəcəyi dəqiqləşməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, çempionata "Neftçi"nin köhnə bazasında hazırlaşan Bakı təmsilçisi iki variant arasında götür-qoy edir.

Bu variantlardan birinin reallaşmaq ehtimalı daha yüksəkdir. Belə ki, "ASK Arena" təmirə bağlandığı üçün "Şəfa" böyük ehtimalla, rəqiblərini Binə qəsəbə stadionunda  qəbul edəcək.

Komandanın baş məşqçisi Elgiz Kərəmli məlumatı təsdiqlədi: "Hələ tam dəqiqləşməsə də, Binə variantı daha realdır. Bizə də belə deyiblər".

Xatırladaq ki, "Şəfa" ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqada oynamaq hüququ qazanıb.

Nihat
 

Chosen
22
1
fanat.az

2Sources