EN

Kasıb Azərbaycan klubu da kütləvi əcnəbi yolunu seçib?

Artıq Azərbaycan klubları kütləvi olaraq legionerləşmə yoluna ayaq basıb.

Özü də sürətlə.

Avrokuboklarda çıxış edən "Zirə"nin start heyətində 1, "Sabah"ın 2, "Qarabağ"ın isə cəmi 3 yerli futbolçu yer almışdı.

İddialı klublarla dərd bitsə nə vardı...

Onsuz da bu gözlənilən idi. Pulu olanlar gəlmələrə qucaq açacaq.

Ümid edirdik ki, kasıblar yerlilərə daha çox meydan verəcək.

Amma burada da vəziyyət ürəkaçan deyil.

Götürək çempionatın sponsorsuz yeganə komandası olan "Şamaxı"nı.

Hazırda Qəbələdə toplanışda olan bölgə klubu artıq üç sınaq matçında qüvvəsini sınayıb.

Və start heyətində kütləvi əcnəbilməşmə diqqətdən qaçmır.

"Kəpəz"lə son oyunun start heyəti klubun rəsmi hesabında nədənsə təqdim olunmayıb.

Amma "Qəbələ" ilə yoxlama oyununun ilk onbirliyində cəmi 4 azərbaycanlı yer almışdısa, "Karvan"la matçda say 3-ə endi.

Gənclər millimizin də baş məşqçisi olan Ayxan Abbasov ölkədə yerlilərə ən çox meydan verən, üzə çıxardan mütəxəssis kimi tanınır.

Onun belə başqa çarəsi qalmayıb.

Ötən mövsüm bəzən 9 yerli ilə meydanda mübarizə aparan kollektivdə bu gün 8 əcnəbi ilə start heyəti qurulur.

Hələ söhbət sınaq matçında olan mənzərədən gedir ha. Görün, rəsmi oyunlarda vəziyyət necə olacaq...

Liqada rəqabətə tab gətirmək, mübarizədə layiqincə yer almaq üçün buna məhkumsan.

Gəlmələrin xeyrinə qərar verilib, oynamalarına zəmin yaradılıbsa, klublar da maksimum istifadə etmək yolunu niyə də seçməsin...

XANOĞLAN İMANOV

Chosen
14
sportinfo.az

1Sources