
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 60 mindən çox fələstinli ölüb, 145,8 mindən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“2023-cü il oktyabrın 7-dən bəri İsrailin təcavüzü nəticəsində ölənlərin sayı 60 min 34, yaralananların sayı 145 min 870 nəfərə çatıb”, - nazirlik qeyd edib.
Bildirilib ki, martın 18-də İsrailin Qəzzada əməliyyatını bərpa etməsindən sonra ən azı 8 min 800 fələstinli ölüb. Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil.