EN

"Roşka" məhkəmədə ifadə verdi - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokerə sərbəst ifadə üçün imkan yaradılıb.

O, ifadəsi zamanı günahının olmamasını vurğulayaraq həbsinin "TikTok" fəaliyyəti ilə əlaqəli olduğunu deyib:

"Bunu hamı bilir ki,mənim həbsim narkotiklə bağli deyil, bu tiktokdakı fəaliyyətimlə bağlıdır. Yayımlarda xoşagəlməz hərəkətlərə yol versəm də buna görə inzibati həbs olunub islah da olmuşam.Həbs olunduğum gün yanimdakı xanımı gözəllik salonuna apararkən yolda polis əməkdaşları yaxınlaşaraq məni saxladılar"

Rövşən Süleymanov bununla yanaşı sosial şəbəkələrdə yol verdiyi müəyyən hərəkətlərə görə hamıdan üzr istəyib.

Təqsirləndirilən təcridxanada olarkən özünə xəsarət yetirdiyini də etiraf edib. Onun sözlərinə görə 1 sayli Bakı İstintaq Təcrudxanasının əməkdaşlarının vaxtında müdaxiləsi isə onun həyatını xilas edib.

Bundan sonra Rövsən Süleymanovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış edib.

Vəkil də həmçinin müvəkkilinin təcridxanada həqiqətən özunə xəsarət yetirdiyini məhkəmənin diqqətinə çatdırıb. Buna görədə hazırki psixoloji durumunun onun həbsdə saxlanmasına yol vermədiyini deyib.

Prokuror isə vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.

Müşavirədən sonra vəsatət təmin olunaraq Rövsən Süleymanov ev dustaqlıgına buraxılması təmin olunmayib.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
61
50
unikal.az

10Sources