EN

"Qərb İranla düşmənçiliyi nüvə bəhanəsi ilə aparır" -

"ABŞ-nin rəhbərlik etdiyi Qərb dövlətləri Tehran nüvə proqramını İslam Respublikası ilə siyasi mübarizədə bəhanə kimi istifadə edirlər. Uran zənginləşdirilməsi, nüvə proqramı və insan haqları sadəcə bəhanələrdir. Onların əsl problemi İranın dini, biliyi və İslam bayrağı altında milli birliyidir". Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, bu fikirləri İranın Ali Rəhbəri Əli Xamenei İsraillə son 12 günlük münaqişə zamanı öldürülən İran hərbi komandirləri və alimlərinin ölümünün 40-cı günü münasibətilə keçirilən mərasimdə deyib. Xamenei bildirib ki, dünya artıq İslam Respublikasının gücünü yaxından görüb: “46 ildir çevrilişlərə, müharibələrə və siyasi təzyiqlərə qarşı dayanmışıq. Nə dini, nə də elmi yoldan dönəcəyik. İran beynəlxalq təzyiqlərə baxmayaraq “din və elm” prinsiplərinə sadiq qalaraq elmi inkişafını davam etdirəcək".

Qeyd edək ki, Qərb ölkələri İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edir. Tehran isə bu iddiaları rədd edir və nüvə proqramının sırf sülh məqsədli olduğunu bildirir.

Chosen
25
metbuat.az

1Sources