EN

Milyarderin qızı idmançı ilə evləndi Toya 6 milyon dollar xərcləndi

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milyarder Stiv Cobsun kiçik qızı İv Cobs ötən həftəsonu britaniyalı idmançı, konkur üzrə peşəkar atlı Harri Çarlzla evlənib. 

Qaynarinfo xəbər verir ki, mərasim Böyük Britaniyada yerləşən dəbdəbəli "Estelle Manor" otelində baş tutub və iddialara görə, ümumi xərclər 6 milyon dollardan çox olub. "The Sun" nəşrinin yazdığına görə, yalnız Elton Conun bir saatlıq çıxışı 1,3 milyon dollara başa gəlib.

Toyun bütün xərclərinin bəyin anası, Stiv Cobsun keçmiş həyat yoldaşı Lorin Pauell Cobs tərəfindən qarşılandığı bildirilir. "Forbes" jurnalının məlumatına əsasən, onun miras aldığı sərvət təxminən 15 milyard dollar təşkil edir və bu məbləğə "Walt Disney" və "Apple" şirkətlərindəki səhmlər daxildir. Stiv Cobsun övladları isə valideynlərinin arzusu ilə rəsmi olaraq heç bir miras almayıblar və maddi cəhətdən müstəqil şəkildə qazanc əldə etməlidirlər. Bununla belə, toy göstərib ki, ehtiyac yaranarsa, ana hər zaman kömək edə bilər.

İv Cobs 2021-ci ildə Stenford Universitetində tarix ixtisası üzrə bakalavr təhsili alıb. Həmin təhsilin xərcləri də anası tərəfindən ödənilib. Eyni zamanda, o, peşəkar şəkildə atçılıqla məşğuldur, beynəlxalq turnirlərdə iştirak edir və qalib gəlir. 25 yaşadək idmançılar arasında İv Cobs dünyanın ən yaxşı beş atçısından biri hesab olunur.

Son üç ildə İv Cobs model kimi də uğur qazanıb: "Louis Vuitton" kampaniyalarında iştirak edib, "Vogue" jurnalının üz qabığında yer alıb və dünyanın bir çox ölkəsində podiuma çıxıb. Onun şəxsi sərvəti 500 min dollardan 1 milyon dollara qədər qiymətləndirilir. Cobs həm model, həm də idmançı kimi gəlir əldə edir. Beynəlxalq turnirlərdə qazandığı mükafatlar bəzən 100 min dollardan çox olur ki, bu da rahat həyat üçün yetərlidir.

İv Cobsun həyat yoldaşı Harri Çarlz da maddi baxımdan təmin olunmuş şəxsdir. O, konkur üzrə olimpiya çempionudur və sərvəti 600 min dollardan 2,5 milyon dollara qədər dəyərləndirilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
qaynarinfo.az

1Sources