EN

Türkiyədə ata miras üstündə 2 oğlunu güllələdi - VİDEO

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda ata miras üstündə 2 oğlunu güllələyib.

Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, hadisə 24 iyulda Gölbaşı məhəlləsində baş verib.

69 yaşlı ata E.K ilə oğulları 42 yaşlı Nihat və 34 yaşlı Mesut arasında miras üstündə dava düşüb.

Qəzəbli ata ov tüfəngi ilə hər iki oğlunu güllələyib və daha sonra qaçıb.

Hadisə nəticəsində Nihat K. ölüb, digər oğul Mesut isə ağır yaralanıb.

Hadisə yerinə gələn tcili tibbi yardım briqadası yaralı şəxsi xəstəxanaya çatdırıb. 

Oğullarını güllələyən ata isə saxlanılıb.

Məlumata görə, hadisədən əvvəl digər oğul Murat K-da atası ilə birlikdə qardaşlarına hücum edib. Onun əlil qardaşına mübahisədən əvvəl təhdid mesajları göndərdiyi üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Billurə


 

Chosen
13
olke.az

1Sources