EN

Polşada təxribatda iştirak etməkdə şübhəli bilinən 32 nəfər həbs edilib

Polşanın Baş naziri Donald Tusk iyulun 29-da bəyan edib ki, hakimiyyət orqanları “Rusiya ilə koordinasiya edilmiş təxribat fəaliyyəti həyata keçirməkdə” şübhəli bilinən 32 nəfəri həbs ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Polşanın PAP xəbər agentliyi məlumat yayıb.

PAP-ın məlumatına görə, şübhəlilərdən birinə qarşı rəsmi ittiham irəli sürülüb, digərləri isə həbslə bağlı məhkəmə prosesini gözləyirlər.

Qrupun tərkibində polşalılar, ruslar, ukraynalılar, belaruslar, həmçinin Rusiyanın göstərişi ilə ötən il Polşada iki yanğın törətməkdə ittiham olunan 27 yaşlı kolumbiyalı da yer alır.

İddialara görə, şübhəlilərdən birinə yanğınlar törətmək üçün istifadə oluna bilən Molotov kokteylinin hazırlanması da daxil olmaqla təlimatlar verilib.

Polşanın Daxili Təhlükəsizlik Agentliyi çərşənbə axşamı yaydığı açıqlamada bildirib ki, həmin şəxs 2024-cü ilin may ayında iki tikinti anbarında yanğın törətməkdə ittiham olunur və onun barəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilir.

Agentliyin məlumatına əsasən, şübhəli şəxs Molotov kokteyllərinin hazırlanması və digər təxribat təlimatlarını Rusiya kəşfiyyatı ilə əlaqəsi olan şəxsdən alıb.

Chosen
22
operativmedia.az

1Sources