EN

Kreml Trampın xəbərdarlığını cavabsız qoymadı

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Trampın Ukrayna müharibəsinə dair təyin etdiyi yeni son müddət barədə bəyanatını "qeyd edib". 

News24.az xəbər verir ki, Tramp, bu tarixə əməl olunmaması halında Rusiyaya və onunla ticarət edən ölkələrə sanksiyalar tətbiq ediləcəyini açıqlamışdı.

Peskov isə Moskvanın "xüsusi hərbi əməliyyat" siyasətinə sadiq qaldığını və həm Rusiya maraqlarını qoruyacaq, həm də münaqişəni həll edəcək sülh prosesinə açıq olduğunu bildirib.

Xeyrənsə Piriyeva

Chosen
24
news24.az

1Sources