EN

Azərbaycan millisi Dünya seriyasının final mərhələsinə vəsiqə şansını saxlayır

Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Dünya seriyasının ümumi sıralamasında yeddinci yerdə qərarlaşıb.

İdman.biz xəbər verir ki, komandamızın hesabında 235 xal var.

Bu xallar Sumqayıt və Buxarestdə qazanılan qələbələr nəticəsində formalaşıb – hər mərhələ 100 xal gətirib. Daha 35 xal isə Bakı mərhələsində səkkizinci yer tutmaqla əldə olunub.

Beləliklə, yığmamız Çinin Şanxay şəhərində keçiriləcək Dünya seriyasının final mərhələsinə yüksəlmək uğrunda mübarizəsini davam etdirir. Finala ümumi sıralamada ilk 8-likdə yer alan komandalar yüksələcək.

Hazırda reytinq cədvəlinə Niderland (440 xal) liderlik edir. İkinci yerdə Avstraliya (278), üçüncü pillədə isə İspaniya (270) qərarlaşıb.

İdman.biz

Chosen
17
1
idman.biz

2Sources