EN

“Bu qurumların işə qəbul məsələsində veteranlara öncəlik tanıması təqdirəlayiqdir”

Artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyi (DİN), eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) işə qəbul zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarına xüsusi üstünlük verir, onların işlə məşğulluğuna həsaslıqla yanaşır. Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir ki, bu da bütün cəmiyyətdə ciddi məmnunluqla qarşılanmaqdadır.

Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“DİN və SHXÇDX-nin işə qəbul məsələsində veteranlara, qazilərə üstünlük verməsi, onlara öncəlik tanıması olduqca müsbət və təqdirəlayiq bir addımdır.

Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə, qazilərə hörmət və ehtiram göstərməyin, onların qayğısına qalmağın vacibliyini vurğulayıb, bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, biz Vətən müharibəsindəki qələbəmizə görə Azərbaycan zabitinə, Azərbaycan əsgərinə borcluyuq. Bu mənada onların bütün qayğıları kimi məşğulluq problemlərinin də həlli bizim üçün prioritet olmalıdır.

Mən qazilərimizə göstərdiyi bu həssas münasibətə görə bütün veteranlar adından  həm DİN-ə, həm də SHXÇDX-ə öz dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, digər dövlət və qeyri-dövlət qurumları bundan ibrət almalı, onlar da işə qəbul məsələsində ilk növbətə şəhid ailələri və veteranlara üstünlk verməlidir. Bu, həm həssas kateqoriyaya daxil olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, həm də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından həyati əhəmiyyətə malikdir.

Şəhid ailələi kimi qazilərimiz də bizim qürur mənbəyimizdir və biz hər zaman olduğu kimi bundan sonra da onların hər bir istək və mraciətinə həssaslıqla yanaşmalı, onlara olan sevgi və ehtiramımızı daim əməli şəkildə ortaya qoymalıyıq”.

Seymur ƏLİYEV

 

Chosen
27
2
moderator.az

3Sources