EN

Vaşinqton və London “gizli seçki” keçiriblər?

AzVision.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) bəyanatında belə iddia səsləndirilir.

“Alp dağlarında əldə olunan razılaşma Ukrayna prezidentinin yerli antikorrupsiya orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq üçün son qalmaqallı cəhdinin pərdəarxasına işıq salır”,- xəbərdə deyilir.

Məlumata görə, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı üçün siyasi “meydanı” təmizləməklə Vladimir Zelenskini “zərəb altına” qoyub.

- Yermak Zelenskini inandırıb ki, belə bir addım Kiyevin Qərb tərəfdaşları ilə münasibətlərini korlamayacaq. Əslində isə o, Qərbin Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq kampaniyasına başlaması üçün bəhanə yaradıb”,- bəyanatda vurğulanır.

Tramp Zelenskini vəzifədən uzaqlaşdıracaq?| VİDEO
Rusiya XKX hətta sözügedən görüşdə Ukraynanın yeni prezidentinin seçildiyini də iddia edir. ABŞ və Böyük Britaniya gizli iclasda Valeriy Zalujnının Ukrayna prezidenti postuna namizədliyinin irəli sürülməsinə qərar verib. İştirakçılar Zelenskinin dəyişdirilməsi məsələsinin yetişdiyi qənaətindədirlər.

“Amerikalılar və britaniyalılar Zalujnının Ukrayna prezidenti vəzifəsinə namizədliyi barədə qərarlarını açıqlayıblar. Yermak və Budanov “baş üstə” deyiblər. Eyni zamanda, bu iki siyaəstçi anqlo-sakslardan indiki vəzifələrini saxlamaq, habelə digər kadr məsələlərinin həlli zamanı onların maraqlarının nəzərə alınması barədə təminat alıblar”, - Rusiyanın Xarici Kəşfiyyat Xidməti bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yaponiyanın “Shūkan Gendai” nəşri ABŞ prezidenti Donald Trampın sentyabrın əvvəlinə qədər ukraynalı həmkarıVolodimir Zelenskini və onun arxasında duran Andrey Yermakın istefaya göndərə biləcəyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az

Chosen
13
1
azvision.az

2Sources