EN

iPhone 17 ni təsadüfən təqdimatdan əvvəl göstərdilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Apple" korporasiyası təsadüfən yeni "iPhone"un dizaynını açıqlamış ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

İyulun 29-da "Skyfops" ləqəbli bloqer "X" hesabında əlində iki smartfon tutan bir adamın fotoşəkillərini paylaşıb, onlardan birinin "iPhone 17 Pro"ya bənzədiyi ehtimal edilir. Qadcetin kamerasının dizaynı yenidir: burada flaş və lidar obyektivlərdən ayrıdır. Qeyd olunur ki, ABŞ küçələrinin birində təsadüfən görüntülənən smartfon həqiqətən də yeni "iPhone" ola bilər.

Nüfuzlu insayder Mark Qurman da, həmçinin yazıya reaksiya verib. O qeyd edib ki, sızma ehtimalı var. Daha sonra "Skyfops" naməlum "iPhone" istifadəçisinin yanında mühafizəçinin olduğunu və o, telefonu bədəni ilə başqalarından qorumağa çalışdığını bildirib.

Bildirilir ki, "Apple"ın əməkdaşları çox güman ki, artıq "iPhone 17"nin hazır nümunələrini müxtəlif problemlər və xətaların olmaması üçün sınaqdan keçirirlər.

"Apple" gələcək cihazlarının sınaqlarının çoxunu daxili qaydada həyata keçirir, lakin elə bir vaxt gəlir ki, prototip laboratoriyanı tərk edib real şəraitdə işə başlamalı olur", - deyə "Appleinsider"in jurnalistləri xəbəri şərh ediblər.

Qeyd edək ki, "iPhone 17" seriyalı smartfonların elanı sentyabr ayında baş tutmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
oxu.az

1Sources