EN

Aİ-nin Ukraynaya maliyyə yardımını dayandırmaq qərarına aydınlıq gətirildi

BAKI, 29 iyul. TELEQRAF

Maliyyə dəstəyi Avropa İttifaqının Ukraynaya təsir alətidir.

Teleqraf xəbər verir ki, bunu politoloq Nikolay Topornin deyib.

"Aydındır ki, Zelenski artıq arxa ötürücüləri işə salıb. O, artıq qəbul edilən bu düzəlişləri ləğv etmək üçün yeni qanun layihəsi hazırlayıb. Düşünürəm ki, yaxın gələcəkdə NABU-nun (Ukrayna Milli Antikorrupsiya Bürosu) müstəqil qurum statusu bərpa olunacaq", - o, bildirib.

Politoloq həmçinin qeyd edib ki, Brüssel Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) hüquqi statusunun dəyişməsindən narazıdır: "Yadınızdadırsa, NABU-nun statusunun dəyişdirilməsi ilə bağlı qərar minlərlə narazı vətəndaşın Kiyev küçələrinə çıxmasına səbəb oldu. Nümayişlər oldu. Ümumiyyətlə, Ukraynada vətəndaş cəmiyyəti böhran həddinə çatıb. Məlumdur ki, korrupsiya Ukraynada böyük bəladır. Əslində, NABU bu tendensiyanı aradan qaldırmaq üçün yaradılıb", - Toporin bildirib.

Politoloq xatırladıb ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq nümayəndələri antikorrupsiya agentliyinin əməkdaşlarına “hücum” etməyə başlayıblar: "İş o yerə çatıb ki, onlar NABU rəsmilərinin evlərinə gəlib onları həbs etməyə başlayıblar".

"Prezident NABU-nun səlahiyyətlərinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırladı. Avropa Komissiyası Ukraynadan bunun nədən qaynaqlandığını soruşduqda onlara dedilər ki, guya orada hansısa rus izi var, guya bəzi işçilər işə götürülüb. Amma Brüssel bu versiyaya inanmadığını və bunun diqqəti müharibədən yayındırmaq cəhdi olduğunu bilir", - Topornin bildirib.

Chosen
39
teleqraf.com

1Sources