EN

İran səfiri Azərbaycan XİN də: Söhbət nədən gedib?

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Bakıdakı səfiri Müctəba Dəmirçulu Azərbaycan XİN-də diplomatlarla görüşüb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, səfiri xarici işlər nazirinin müavini Araz Əzimov və nazirliyin mətbuat katibi Ayxan Hacızadə qəbul ediblər.

Tərəflər ikitərəfli münasibətlərin son durumu, regional və beynəlxalq hadisələrə nəzər salıb, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı vurğulayıblar. pizza

Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə fərdi görüşdə iki ölkə arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri nəzərdən keçirilib. 

Ayxan Hacızadə ölkəsinin İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu da qeyd edib və iki ölkənin XİN sözçüləri arasında qarşılıqlı əlaqələrin artırılmasını alqışlayıb.

Bu görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirə və anlaşma aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
yenisabah.az

2Sources