EN

Dünyanın ən böyük texnologiya festivalı  TEKNOFEST  İstanbulda keçiriləcək

İstanbul bu payız texnologiya və innovasiya dünyasının mərkəzinə çevriləcək. Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya festivalı olan TEKNOFEST, 17-21 sentyabr tarixlərində Atatürk Hava Limanında ziyarətçilərə qapılarını açacaq.

Ulusal.az xəbər verir ki, Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festival bu il 12-ci dəfə baş tutacaq. İndiyədək 11 milyona yaxın iştirakçını qəbul edən TEKNOFEST, bu dəfə də İstanbulun tarixi və mədəni atmosferində texnologiya həvəskarlarını bir araya gətirəcək.

Festival çərçivəsində 54 əsas və 127 alt kateqoriyada texnologiya yarışmaları keçiriləcək. Yarışmalarda ilkin mərhələləri keçən komandalar üçün  3 milyon 561,500 AZN(85 milyon TL ) , qaliblər üçün isə ümumilikdə 2 milyon 723,500 AZN (65 milyon TL) mükafat nəzərdə tutulub. Geniş maliyyə dəstəyi sayəsində iştirakçılar layihələrini daha yüksək səviyyəyə çatdırmaq imkanı əldə edəcəklər. Eyni zamanda, müxtəlif ölkələrdən gələn komandalar arasında təcrübə mübadiləsi texnoloji inkişaf baxımından əhəmiyyətli addımlara zəmin yaradacaq.

Bu il ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən TEKNOFEST, ikinci dayanacağı olan İstanbulda da böyük maraqla qarşılanacaq. Festival müddətində təkcə texnologiya yarışları deyil, həm də hava şouları, tematik sərgilər, seminarlar, planetarium, simulyasiya sahələri, ticarət yarmarkaları və tələbələr üçün xüsusi uçuş tədbirləri kimi bir çox maraqlı və interaktiv fəaliyyətlər də ziyarətçilərə təqdim olunacaq.

Elm və texnologiyanın gələcəyini formalaşdıran gəncləri bir araya gətirən TEKNOFEST 2025, yenə də rekorda imza atmağa hazırlaşır.

Chosen
11
moderator.az

1Sources