EN

“Qarabağ”ın sabiq qapıçısı 5-ci sırada

“Stok Siti”nin tarixi ərzində satışından ən çox gəlir əldə etdiyi futbolçuların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 5 nəfərlik siyahıda azərbaycanlı azarkeşlərə tanış sima da var.

Belə ki, vaxtilə “Qarabağ”ın formasını geyinmiş Asmir Beqoviç “Stok Siti”yə ən çox pul qazandıran 5-ci futbolçudur.

2010-2015-ci illərdə İngiltərə Premyer Liqasında olarkən bu komandanın formasını geyinmiş bosniyalı qapıçı 2015-ci ildə 9,6 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə keçib.

Tibo Kurtuaya əvəzləyici qismində transfer olunan Beqoviç 2 il London klubunun şərəfini qoruyub.

“Çelsi”dən “Bornmut”a keçən tanınmış futbolçu 2019-20 mövsümündə icarə əsasında “Qarabağ”da oynayıb.

“Stok Siti” tarixinin ən bahalı satışı Marko Arnautoviç (19,5 milyon funt-sterlinq) olub. Harri Suttar (14,9 milyon) ikinci, Xerdan Şaqiri (12,8 milyon) üçüncü, Natan Kollins (12,2 milyon) isə dördüncü sıradadır.

Chosen
2
sportinfo.az

1Sources