EN

Səbuhi Abdullazadə daha 2 il “Sumqayıt”da!

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” yarımmüdafiəçisi Səbuhi Abdullazadə ilə müqaviləsini yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə elita klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Səbuhi 2026/2027-ci illər mövsümünün sonuna qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Səbuhi Abdullazadə futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyub. O, 15 yaşı olarkən, 2017/2018-ci illər mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).

“Sumqayıt”ın əsas komandasında ümumilikdə 171 oyun keçirmiş yarımmüdafiəçi 6 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə Azərbaycanın U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının uğurları üçün çalışıb, bu il isə əsas millimizdə debüt edib. Səbuhi millidə keçirdiyi 4 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib.

“Sumqayıt” daha öncə İsa Suliman və Roi Kehatla da yeni müqavilə bağlamışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias və Georgi Xaraişvili komandanı tərk ediblər. Əvəzində Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji və Rüstəm Əhmədzadə komandaya cəlb ediliblər.

Chosen
27
arena.az

1Sources