Hazırda bütün dünyada yayılan Çikunqunyaya yoluxma halları İtaliya və Fransada aşkarlanıb.
Editor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidməti məlumat yayıb.
“Hind okeanı adalarında baş verən epidemiya ilə əlaqəli idxal halları Avropada bildirilməyə davam edir, Fransada yerli ötürülmə qeyd olunur və İtaliyada şübhəli hallar aşkar edilib”,-deyə məlumatda bildirilir.
Çikungunya hazırda əsasən Hind okeanının adalarında və Cənubi Asiyada yayılır. Çikungunya ağcaqanad dişləməsi ilə ötürülən arbovirusdur. Yoluxmuş şəxslərdə 40°C-ə qədər qızdırma, baş ağrısı, oynaq və əzələ ağrıları, yorğunluq, ürəkbulanma və səpgi müşahidə olunur. Xəstəliyin qarşısını almaq üçün peyvəndlər mövcuddur.
//Gülnarə Abasova, Editor.az