Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında danışıqlar aparılıb.
Bu barədə Moderator.az Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər iki dövlət arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi yollarını ətraflı araşdırıblar. Ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiyaların cəlb edilməsi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.
Tokayev səmimi qəbula görə Türkiyə dövlət başçısına təşəkkür edib. Ərdoğan isə öz növbəsində ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmaq arzusunda olduğunu bildirib.
17:50
Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir.
Moderator.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi rəsmi mərasimlə qarşılayıb.
Tokayevin Esenboğa Hava Limanında qarşılanma mərasimində həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.
Prezidentlər hava limanının Şərəf Zalında qısa görüş keçiriblər.