EN

Hövsanda motosiklet “Nissan”la toqquşdu, sürücüsü ağır yaralandı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Hövsan qəsəbəsi (MİDA yaxınlığında) ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, “Nissan” markalı maşın hərəkətdə olan motosikletlə toqquşub. İddialara əsasən qəzaya səbəb motosiklet sürücüsünün qayda pozması olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Ayaqlarından ciddi xəsarət alan motosiklet sürücüsü xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
avtosfer.az

1Sources